Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasının Ümumi müzakirələrinin rəsmi açılışında iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, Ümumi müzakirələr aktual qlobal və regional çağırışlar ətrafında fikir mübadiləsi aparmaq, həmçinin sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə dünya liderlərini və üzv dövlətlərin nümayəndələrini bir araya gətirir.

















