• Bakı 20° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir - Tramp

DÜNYA

22 Sentyabr 2026 | 19:49 | Müəllif: Subhan Mahmudov

ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir - Tramp

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı Venesuela ilə əldə olunan neft razılaşmasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bunu indiyədək bağlanmış ən böyük razılaşmalardan biri adlandırıb.

“ABŞ və Venesuelanı birlikdə götürdükdə dünya neftinin 60 faizindən çoxuna sahibik. Bu, indiyədək bağlanmış ən böyük razılaşmadır”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp Venesueladakı əməliyyatların ABŞ-nin Qərb yarımkürəsində Amerikaya qarşı təhdidlərin möhkəmlənməsinə imkan verməyəcəyinin sübutu olduğunu deyib. O, Vaşinqtonun həyati milli maraqlarını qorumaq üçün zərurət yaranacağı təqdirdə hərbi gücdən istifadə edəcəyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR