• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Quterreşdən vida mesajı: “Vəzifədən getsəm də...”

DÜNYA

22 Sentyabr 2026 | 17:56 | Müəllif: Günəş Mərd

Quterreşdən vida mesajı: “Vəzifədən getsəm də...”

BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın ümumi siyasət müzakirələrində dünya təşkilatının rəhbəri kimi son çıxışını edərək vəzifədən getdikdən sonra da sülh ideyasını müdafiə etməyə davam edəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Quterreş BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasət müzakirələrində çıxışı zamanı bunu deyib.

“Vəzifədə olduğum qalan 100 gün ərzində bu qətiyyət və diqqət ruhunu qoruyub saxlayacağam. Lakin Birləşmiş Millətlər Təşkilatının dəyərlərinə və prinsiplərinə sadiqlik mandatla başlamır və bununla da bitmir. Onlar istənilən mövqedən kənara çıxır və istənilən tituldan asılı olmayaraq davam edir”, – deyə Quterreş bildirib.

O vurğulayıb ki, yanvarın 1-dən, yəni Baş katib vəzifəsini tərk etdikdən sonra harada olmasından və nə ilə məşğul olmasından asılı olmayaraq, sülhün mümkün olduğuna dair inamını qoruyacaq.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR