• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanıldı

DÜNYA

22 Sentyabr 2026 | 19:14 | Müəllif: Subhan Mahmudov

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanıldı

Türkiyənin Ankara şəhərində axtarışda olan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər barəsində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 6 il 3 ay müddətinə qəti həbs cəzası çıxarılıb.

Ankara Jandarm Cinayət Araşdırma Qrupu (JASAT) tərəfindən şəhər ərazisində axtarışda olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə əməliyyat keçirilib.

Əməliyyat zamanı axtarışda olan iki FETÖ üzvü saxlanılıb.

Onlar barəsində müvafiq prosedurlar həyata keçirildikdən sonra cəzaçəkmə müəssisəsinə təhvil veriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR