Dünya Bankı Kanada hökumətinin zəmanəti ilə Ukraynaya 841 milyon dollar məbləğində maliyyə vəsaiti köçürüb.
Bakıvaxtı.az xəbər verir ki, Ukraynanın Baş naziri Sergey Koretski Telegram kanalında bildirib ki, Qərb ölkələrinin zəmanətləri ilə Dünya Bankının Ukraynaya ayırdığı maliyyələşdirmənin ümumi həcmi 54,3 milyard dollara çatıb.
Onun sözlərinə görə, bu, Dünya Bankının tarixində ən böyük investisiya layihəsidir və Ukraynanın maliyyə sabitliyinin dəstəklənməsi üçün əsas mexanizmlərdən biridir.
Maliyyənin ayrılması ilə bağlı razılaşmaların Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın əvvəlində Kanadaya səfəri zamanı əldə edildiyi bildirilir.
Murad İsmayıl
















