BMT-nin Baş katibi Antonio Quterreş Ukraynadakı münaqişənin başlanmasından bəri Qərbin beş ən böyük neft şirkətinin təxminən 500 milyard dollar mənfəət əldə etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Quterreş bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sözügedən şirkətlərin əldə etdiyi məbləğ inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma üçün son hesabat ilində beynəlxalq hökumətlər tərəfindən ayrılan 34 milyard dollardan dəfələrlə çoxdur.
Quterreş bildirib ki, iri neft şirkətləri onilliklərdir qazıntı yanacaqlarından istifadədən böyük gəlirlər əldə edir, adi vətəndaşlar isə enerji, ərzaq və sığorta xərclərinin artması ilə üzləşirlər.
Murad İsmayıl
















