Rusiya müharibənin 1672-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 243 259 PUA-sı, 672 zenit-raket kompleksi, 30 994 tank və digər zirehli texnikası, 1 780 reaktiv yaylım atəş sistemi, 36 538 artilleriya və minaatanı, 72 552 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
















