• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Nyu-York meri: Netanyahu həbs edilməlidir

DÜNYA

22 Sentyabr 2026 | 15:29 | Müəllif: Gülşən Şərif

Nyu-York meri: Netanyahu həbs edilməlidir

Netanyahu BMT Baş Assambleyasına səfəri zamanı Nyu-Yorkda həbs edilməlidir.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Nyu-York meri Zohran Mamdani deyib.

O, ABŞ Prezidenti Donald Trampla görüşündən sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlamalar verib.

Mer  Netanyahu barədə "müharibə cinayətkarı" və "Fələstin xalqına qarşı törədilən dəhşətli soyqırımın memarı" ifadələrini işlədib.

Qeyd edək ki, Benyamin Netanyahu bu həftə BMT-də çıxış edəcək. Onun səfərinə qarşı bir neçə etiraz aksiyasının keçirilməsi planlaşdırılır. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR