• Bakı 25° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Polisə müqavimət göstərmək istədi, ZƏRƏRSİZLƏŞDİRİLDİ

SİYASƏT

22 Sentyabr 2026 | 11:46 | Müəllif: Əli Hüseynov

Polisə müqavimət göstərmək istədi, ZƏRƏRSİZLƏŞDİRİLDİ

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

    Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.

    Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

    Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2026