• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Üç gün əvvəl dənizdə batan iki tələbənin meyiti tapıldı

HADİSƏ

22 Sentyabr 2026 | 10:28 | Müəllif: Qalib İbrahimoğlu

Üç gün əvvəl dənizdə batan iki tələbənin meyiti tapıldı

Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Verilən məlumata görə, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026