Kaliforniyada bir kişi yanan mənzildən səkkiz aylıq hamilə qadını xilas etməyə çalışarkən ağır yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, KCBD-nin məlumatına görə, Brayan Cekson mənzildə olarkən elektrikli skuterin akkumulyatoru partlayıb və otaq qısa müddətdə tüstü və alovla dolub.
Cekson otaqlardan birində hamilə qadını pəncərənin yanında görüb. O, əvvəlcə pəncərədən çıxaraq aşağı enməyi, daha sonra binaya qayıdıb qadının çıxmasına kömək etməyi planlaşdırıb.
Lakin bu zaman növbəti partlayış baş verib. Cekson yerə yıxılıb və hər iki ayağı ilə topuqları sınıb.
Xilasedicilər hamilə qadını binadan çıxara biliblər. Onun vəziyyəti barədə məlumat verilməyib.
Həkimlər Ceksonun hər iki ayağının amputasiya edilə biləcəyini bildiriblər. Bununla belə, ayaqların xilas edilməsi üçün hələ də ümid olduğu qeyd olunub.
Ceksonun ailəsi onun müalicəsi və reabilitasiyası üçün vəsait toplamağa başlayıb.
Murad İsmayıl
















