ABŞ hərbi təzyiqi azaltsa və İran limanlarına qoyulan blokadanı aradan qaldırsa, İran Hörmüz boğazını yeddi gün ərzində açmağa hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” yüksək rütbəli İran rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, Tehran Vaşinqtonun konkret qarşılıqlı addımları müqabilində bu addımı atmağa hazırdır.
Nəşrin məlumatına görə, İran tərəfi Nyu Yorkda keçirilən BMT Baş Assambleyasını ABŞ-la diplomatik əlaqələri bərpa etmək üçün fürsət kimi dəyərləndirir.
















