• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Maştağadakı partlayışda xəsarət alanların SON DURUMU 

CƏMİYYƏT

22 Sentyabr 2026 | 14:48 | Müəllif: Günəş Mərd

Maştağadakı partlayışda xəsarət alanların SON DURUMU

22.09.2026-cı il tarixində saat 01:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən çağırış qeydə alınıb. 

Bu barədə TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərin müalicəsi Yanıq Mərkəzində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.Partlayış nəticəsində evə ziyan dəyib, 2 nəfər xəsarət alıb.FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR