• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Sərnişinlər qatarda da dayanmağa yer tapmır - Video

CƏMİYYƏT

22 Sentyabr 2026 | 16:50 | Müəllif: Əli Hüseynov

Sərnişinlər qatarda da dayanmağa yer tapmır - Video

Son günlərdə ölkənin nəqliyyat sistemindəki sıxlıq çətin vəziyyət yaradıb. Belə ki, metronun bağlanması, Formula 1 yarışlarına görə bir sıra yollarda məhdudiyyətlərin tətbiq olunması pik saatlarda hərəkəti iflic edib.

Bakıvaxtı.az xəbər verir ki, metro və avtobuslarda sıxlıq yaşandığı kimi, dəmiryol vağzalında qatarlarda da bu hallarla üzləşmək mümkündür.

Belə ki, Sumqayıtdan Bakıya hərəkət edən ADY qatarlarından birində həddindən artıq sərnişin sıxlığı yaranıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Görüntülərdən bəlli olur ki, paytaxta yola düşən qatarda sərnişinlərin sayı çox olduğundan vaqonlarda hərəkət etmək çətinləşib. Hətta bəzi sərnişinlərin yer olmadığı üçün qatarın sanitar qovşağında dayanmağa məcbur qaldığı görünür.

Sözügedən görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR