Şair Nazilə Səfərli pandemiya dövründə evindən təxminən 15 min dollar dəyərində qızıl-zinət əşyalarının oğurlandığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Qonaqcanlı" verilişində danışıb.
Nazilə Səfərli bildirib ki, hadisə zamanı polis ondan evinə gələn şəxslərin adlarını çəkməyi tələb etsə də, qonaqlarına olan hörmətinə görə bunu etməyib.
"Bilmirəm, onu kim edib, amma həmin adam evin içindən olub", - deyə N.Səfərli vurğulayıb.
















