• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Rubio rəsmi şəkildə milli təhlükəsizlik müşaviri oldu

DÜNYA

22 Sentyabr 2026 | 22:53 | Müəllif: Subhan Mahmudov

Rubio rəsmi şəkildə milli təhlükəsizlik müşaviri oldu

ABŞ Prezidenti Donald Tramp Dövlət katibi Marko Rubionun milli təhlükəsizlik müşaviri vəzifəsinə rəsmi təyin edilməsi barədə sənəd imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “News Nation” Ağ Ev rəsmisinə istinadla məlumat verib.

Bununla da indiyədək milli təhlükəsizlik müşaviri vəzifəsini müvəqqəti icra edən Marko Rubionun statusu rəsmiləşdirilib. O, Dövlət katibi vəzifəsini də davam etdirəcək.

Qeyd edək ki, Rubio 2025-ci ilin mayında Mayk Uoltsun vəzifədən ayrılmasından sonra milli təhlükəsizlik müşaviri səlahiyyətlərini müvəqqəti icra etməyə başlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026