Almaniyanın qərbində, Reynland-Pfalts federal torpağındakı ABŞ-a məxsus Şpanqdalem aviabazası yaxınlığında F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, nəticədə bir nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Belə ki, bazadan iki qırıcı qalxıb, onlardan biri qəzaya uğrayıb. Pilot katapult edə bilib.
Hələlik rəsmi məlumat yoxdur.
















