Mingəçevir Su Anbarında iş zamanı iki fəhlə quyuya düşüb.
Bakıvaxtı.az xəbər verir ki, fəhlələrdən biri quyuya endirilən nərdivanın qırılması nəticəsində quyuya düşərək başından xəsarət alıb.
Hadisə yerinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti çağırılıb.
Fəhlənin həyatı xilas edilib.
















