• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

İDMAN

23 Sentyabr 2026 | 19:03 | Müəllif: Subhan Mahmudov

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Azərbaycanın stend atıcıları Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasından Bakıvaxtı.az-a ölkəmizi yarışda səngər (Trap) və dairəvi (Skeet) stend üzrə ümumilikdə 12 idmançı təmsil edəcək.

Dairəvi stenddə Niyaz Ağazadə, Fuad Qurbanov, Abidin Əsədullayev, Riqina Meftaxetdinova, Nurlana Cəfərova və Əli Mustafayev mübarizə aparacaqlar.

Səngər stenddə isə Mürtəza Novruzlu, Əli Hüseynli, Aydan Camalova, Nərmin Cəfərova, Əlimirzə Quliyev və Mirmömin Ağazadə çıxış edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 27-dən oktyabrın 13-dək keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR