• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Kozinoğlunun şübhəli ölümü: Daha bir nəfər saxlanıldı

DÜNYA

23 Sentyabr 2026 | 21:41 | Müəllif: Subhan Mahmudov

Kozinoğlunun şübhəli ölümü: Daha bir nəfər saxlanıldı

Türkiyədə keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumata görə, Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanadakı şübhəli ölümü ilə bağlı aparılan araşdırmada yeni bir məqam ortaya çıxıb. "Qurdlar Vadisi" serialının ssenarisinin yazılmasında iştirakı müəyyən edilən keçmiş polis rəsmisi Bayram Özbək "silahlı terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək" və "qəsdən adam öldürməyə təhrik etmək" ittihamları ilə həbs olunub.

Özbək hazırda həmçinin FETÖ ilə bağlı istintaq çərçivəsində həbsdə saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR