• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir - Diplomat

DÜNYA

23 Sentyabr 2026 | 19:44 | Müəllif: Subhan Mahmudov

Vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir - Diplomat

Qarşılıqlı vizasız rejim Azərbaycan və Çin arasında humanitar mübadilələrin daha da intensivləşməsinə şərait yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda deyib.

Səfir bildirib ki, Azərbaycan gəncləri arasında Çin mədəniyyətini və dilini öyrənməyə böyük maraq müşahidə olunur: “Bu gün biz Azərbaycandakı Konfutsi institutlarının tələbələrini gözəl Çin mədəniyyətinə dair çıxışları və tədbirləri təqdim etməyə dəvət etmişik”.

Diplomat Çin və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və qarşıdan gələn Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammiti daxil olmaqla, çoxtərəfli platformalarda sıx qarşılıqlı fəaliyyət və əlaqələndirmə həyata keçirdiyini qeyd edib.

“Biz həmişə Qlobal Cənubun ümumi maraqlarını birgə müdafiə edir, beynəlxalq ədalətin və hüququn aliliyinin qorunmasının keşiyində qətiyyətlə dayanırıq”, - deyə səfir vurğulayıb.

Lu Mey gələcəkdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının inkişafı üçün böyük potensialın olduğunu bildirib.

“Çin ölkələrimizə və xalqlarımıza daha çox bəhrə vermək üçün iki dövlət başçısının əldə etdikləri mühüm razılaşmaların tam şəkildə həyata keçirilməsi istiqamətində Azərbaycanla səylərini birləşdirməyə hazırdır”, - deyə diplomat əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR