Hindistanda aqressiv meymun 91 yaşlı bir qadına evinin həyətində hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, qadın ertəsi gün ölüb.
Qızı kömək üçün qadına yaxınlaşarkən meymun ona da hücum edib.
Qeyd edək ki, son bir ayda Hindistanda meymun hücumlarından sonra bir neçə nəfər ölüb.
















