• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Pezeşkian İsraili atom bombasına sahib olmaqda ittiham edib

DÜNYA

23 Sentyabr 2026 | 19:15 | Müəllif: Subhan Mahmudov

Pezeşkian İsraili atom bombasına sahib olmaqda ittiham edib

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı İsraili atom bombası, həmçinin digər kütləvi qırğın silahlarına sahib olmaqda ittiham edib və İrandan yoxlanış tələbinin anlaşılmaz olduğunu bildirib.

Bakıvaxtı.az IRIB-yə istinadən xəbər verir ki, o, İranın xüsusi imtiyaz istəmədiyini, əksinə bərabər hüquqların tərəfdarı olduğunu əlavə edib.

Pezeşkianın sözlərinə görə, İsrail Qəzza zolağı və digər ərazilərə hücum edir, sanksiyalara isə İran məruz qalır. "Müharibədən qorxmuruq və sülh üçün danışıqlardan qaçmırıq", - o bildirib və əlavə edib ki, ölkəsi üçün nüvə texnologiyası inkişafın bir hissəsidir.

Onun sözlərinə görə, İranda nüvə enerjisi xəstələrin müalicəsi, fermerlər üçün də əhəmiyyətlidir və gələcəkdə dayanıqlı elektrik enerjisidir: "İran nüvə elminin bir neçə ölkənin inhisarında olmasını qəbul etmir.

Biz müharibənin sərhəd tanımadığı bir regionda yaşayırıq, elə bu səbəbdən İran qonşularını öz təhlükəsizliyinə rəqib hesab etmir".

İran Prezidenti Hörmüz boğazı ilə bağlı da danışıb: "Hörmüz boğazından hamının faydalanması, lakin bizim bu su yolunda gəmiçilikdən məhrum olmağımız mümkün deyil. Düşmən donanmalarının daimi yerləşdirilməsi və müharibənin genişlənməsi sülhə gətirib çıxarmır".

Pezeşkian çıxışında Fələstin məsələsini də qabardıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR