• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ: 2027-də QİYMƏTLƏR ARTACAQ

CƏMİYYƏT

23 Sentyabr 2026 | 13:38 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ: 2027-də QİYMƏTLƏR ARTACAQ

Son illərdə Bakıda mənzil bazarında istər satış, istərsə də kirayə qiymətlərində müşahidə olunan bahalaşma alıcılar və kirayəşinlər üçün aktual problem halına gəlib. Xüsusən, tikinti materiallarının bahalaşması, şəhər mərkəzində torpaq sahələrinin məhdudluğu və artan tələbat da qiymətləri rekord həddə çatdırıb. Paralel olaraq, paytaxta axının artması və tələbə mövsümü kimi amillər kirayə mənzil bazarında da ciddi bahalaşmaya səbəb olub.

Ekspertlərə görə, idxal olunan tikinti materiallarının bahalaşması və logistika xərclərinin yüksəlməsi yeni tikilən binaların maya dəyərini artırır. Şəhərin mərkəzi hissələrində köhnə və qəzalı binaların sökülməsi nəticəsində bazarda mövcud mənzil sayı müvəqqəti azalır, bu da həm satış, həm də kirayə qiymətlərinə təsir göstərir.

Dövlət xətti ilə ayrılan güzəştli və adi ipoteka kreditlərinə olan yüksək tələbat hazır mənzillərə olan tələbi stimullaşdırır, bu da təklifin məhdud olduğu şəraitdə qiymətləri yuxarı çəkir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc mövzu ilə bağlı Bakıvaxtı.az-a deyib ki, mənzillərin qiyməti artıma meyillidir.

Ekspert vurğulayıb ki, 2026-cı ildə də əvvəlki illərə nisbətən kifayət qədər mülayim olsa da artım tendensiyası davam edir:

“Daşınmaz əmlak bazarında qiyməat artımı hər ay müşahidə olunur. Bu da daşınmaz əmlakın bütövlükdə investisiya cazibədarlığının əsas prioritet olmasıdır. Yəni hazırda sərbəst kapital daha çox istər əhali, istərsə də sahibkarlar tərəfindən məhz daşınmaz əmlaka yönəldilir. Çünki fərqli investisiya istiqamətləri hazırda o qədər də aktual olmadığı üçün daşınmaz əmlak risksiz, stabil və aylıq gəlir əldə etmək üçün faydalı istiqamətdir. Bu baxımdan, son 5 ildə daşınmaz əmlak bazarında qiymətlər daha sürətlə artmağa başlayıb. 2021-ci illə müqayisə etsək, 2026-cı ildə faiz etibarı ilə təqribən 80-85 faiz qiymət artımının olduğunu demək olar. Düzdür, bu, yerinə, təmir vəziyyətinə görə, fərqlənir, amma ümimi olaraq qiymət artımının bu qədər olması onu göstərir ki, daşınmaz əmlak bazarı inkişaf etməkdə olan bazardır. İlin sonunadək, o cümlədən 2027-ci ildə də əmlak bazarında qiymət artımı davam edəcək”.

İqtisadçı bəyan edib ki, 2027-ci ildə daha selektiv qiymət artımı olacaq:

“Ayrı-ayrı komplekslərin tikintisi və yaxud başqa layihələr, Bakı şəhərinin “Baş Planı - 2040”  həyata keçirilən zaman qiymət artımının mövcud ərazilərdə baş verəcəyini görmək olar. Həmin qiymət artımı da avtomatik olaraq yanaşı ərazilərə təsir göstərəcək. Yəni gələn il 2026-cı ilə nisbətən daha stabil, daha planlı artımın olacağını güman edirəm. Nə qədər ki, Bakı şəhərinin Baş Planı yekunlaşmayıb, söküntülərin və mənzil bazarının yenilənməsi davam edir, təbii ki, qiymət artımı qaçılmazdır”.

Vüqar Oruc: Son 5 ildə daşınmaz əmlak bazarında qiymətlər daha sürətlə artmağa başlayıb

V.Oruc qeyd edib ki, eyni zamanda bina tikintisi üzrə normativlər sərtləşdirilir. Dediyinə görə, inşaat materillarının, işçi qüvvəsinin qiymətində artımlar mövcuddur. Müsahibimiz qeyd edib ki, bütün bunlar tikintinin maya dəyərində də bahalaşmaya səbəb olur. Bu da bazarda təklif qiymətlərinin artmasına yol açır.

“Ötən illə müqayisədə köhnə tikililərdə təqribən 9-10 faiz, yeni tikililərdə 12-13 faiz artım baş verib. Torpaq sahəsinin qiymətində 15-17 faiz artımlar var. Ən çox bahalaşan da məhz torpaq sahələridir. Bu il kirayə qiymətlərində də spesifik bahalaşma oldu, çünki təklif gözlənilən qədər olmadı”, - Vüqar Oruc əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026