Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
Bakıvaxtı.az Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Qətər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə və Qətər arasında investisiya, ticarət, enerji və müdafiə sənayesi başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.
Türkiyə lideri regionda enerji təchizatına mənfi təsir göstərən proseslərin bütün tərəflər üçün çətinliklər yaratdığını qeyd edib. O, enerji və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ərdoğan İsrailin Qəzzada sülh istiqamətində addımlar atmaqdan imtina etdiyini bildirib və regionda İsrailin hərbi fəaliyyətinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin təzyiq göstərməsinin əhəmiyyətini qeyd edib.
















