Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az primetime.az-a istinadla xəbər verir ki, o, dərs zamanı səhhətində yaranan problem səbəbi ilə yerə yıxılıb.
İlkin məlumata görə, aktyorun xəstəxanaya ürək çatışmazlığından aparıldığı bildirilib.
Hazırda onun vəziyyətinin orta ağır olduğu qeyd edilir.
















