Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım uşaqlarda mövsümi xəstəliklərin profilaktikası haqqında olacaq.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehovadır.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Günay Salehovaya ünvanlaya bilərsiniz.

















