Türkiyə Superliqasının son çempionu "Qalatasaray" qış transfer pəncərəsində heyətini gücləndirməyə hazırlaşır.
Bakıvaxtı.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın qış transfer pəncərəsindəki bir nömrəli hədəfi "Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqadır.
İstanbul təmsilçisinin rəhbərliyi heyəti daha da gücləndirmək məqsədilə gənc ulduzun transferi üçün artıq ilkin addımları atmağa hazırlaşır.
23 yaşlı ulduz bu mövsüm "kral klubu"nun heyətində 6 matç keçirib.
















