Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistana səfər edəcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Aşqabaddakı səfiri Arsen Avaqyan deyib.
Onun sözlərinə görə, səfər iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və praktik əməkdaşlığın inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradacaq.
Səfir qeyd edib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ermənistan liderinin səfərinə cavab olaraq COP17 çərçivəsində İrəvana səfər edəcək.
Qeyd edək ki, COP17 Ermənistanın paytaxtı İrəvanda keçiriləcək.
















