• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Xankəndiyə futbol qayıdır

İDMAN

23 Sentyabr 2026 | 11:29 | Müəllif: Əli Hüseynov

Xankəndiyə futbol qayıdır

“Xankəndi” bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.

Klubun yaydığı məlumata görə, işlərin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

“Xankəndi”nin Xankəndi şəhər stadionunda ilk ev oyununun tarixi isə rəsmi açılışın qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Beləliklə, klubun təxminən bir ay sonra doğma şəhərində ilk ev oyununa çıxacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026