• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Qrenlandiyaya iddialı olan Tramp təhlükəsizlik sazişi imzaladı

DÜNYA

22 Sentyabr 2026 | 20:19 | Müəllif: Subhan Mahmudov

Qrenlandiyaya iddialı olan Tramp təhlükəsizlik sazişi imzaladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə Qrenlandiyanın təhlükəsizliyinə dair yeni saziş imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənəd Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən mərasimdə imzalanıb.

Razılaşma Arktikada təhlükəsizliyin gücləndirilməsini və ABŞ-nin Qrenlandiyadakı hərbi imkanlarının genişləndirilməsini nəzərdə tutur. Tramp saziş çərçivəsində Qrenlandiyada ABŞ-nin yeni iki böyük hərbi bazasının yaradılacağını bildirib.

Danimarka və Qrenlandiya tərəfi razılaşmanın Danimarkanın suverenliyinə, eləcə də Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna təsir etmədiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR