• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Makronla görüşdən sonra uşağı dünyaya gəldi

DÜNYA

23 Sentyabr 2026 | 22:51 | Müəllif: Subhan Mahmudov

Makronla görüşdən sonra uşağı dünyaya gəldi

Fransanın "Avropa-Ekologiya-Yaşıllar" partiyasının lideri və prezidentliyə namizəd Marin Tondelye ikinci övladını dünyaya gətirib. 

Bakıvaxtı.az xəbər verir ki, onun Leon adlı oğul 18 sentyabrda şimaldakı Lens şəhərində dünyaya gəlib.

40 yaşlı Tondelye hamilə olarkən seçki kampaniyasına qatılan ilk Fransa prezidentliyinə namizəd olub. Doğuşdan bir neçə saat əvvəl o, Yelisey Sarayında prezident Emmanuel Makronla siyasi partiya liderləri arasında keçirilən görüşdə beynəlxalq münaqişələr və onların nəticələrini müzakirə edib.

Tondelyenin sözlərinə görə, doğuş "çox yaxşı" keçib. O, bir müddət fərqli işləyəcəyini və prezidentlik kampaniyasını yeni doğulmuş körpəsinə qulluq etməklə birləşdirməyin yolunu tapmağa çalışacağını deyib.

Siyasətçi vurğulayıb ki, "Uşağın sağlamlığı və rifahı prioritetdir".

Qeyd edək ki, Tondelyenin 7 yaşlı bir oğlu da var.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026