• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ceyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdü

SİYASƏT

23 Sentyabr 2026 | 17:37 | Müəllif: Zeynəb Rzayeva

Ceyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Mərkəzi Afrika Respublikasının xarici işlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar üzrə naziri Silvi Baipo-Temon ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov “X” hesabında məlumat verib.

    O bildirib ki, görüş zamanı Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

    Nazir qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsinə strateji əhəmiyyət verir. Görüşdə siyasi, iqtisadi, mədəni, təhsil və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

    Tərəflər, həmçinin BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Ceyhun Bayramov bildirib ki, Mərkəzi Afrika Respublikasından olan tələbələr İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təsis etdiyi təhsil təqaüd proqramlarından yararlanıblar.

     


    Ceyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdüCeyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdüCeyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdü
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR