• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Həcc bahalaşır? - Ziyarət üçün sənəd qəbulu başlayır 

CƏMİYYƏT

23 Sentyabr 2026 | 16:42 | Müəllif: Əli Hüseynov

Həcc bahalaşır? - Ziyarət üçün sənəd qəbulu başlayır

Sabahdan 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu başlayır.

Bu barədə Bakıvaxtı.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarətinə sənədlərinin qəbulu keçən ildən daha erkən başlayacaq.

İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Amma qiymətin az miqdarda artma ehtimalı da istisna deyil:

"Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək".

Vüsal Cahangiri onu da deyib ki, Həcc və Ümrə nazirliyinin tələblərinə görə sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ilkindən daha tez həyata keçirilməlidir:

"Buna görə, Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmadan qeydiyyata alınsınlar".

Qeyd edək ki, aşağıdakı sənədlər tələb olunur:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR