Avqust ayında Rusiyada spirtli içki istehlakı rekord səviyyədə aşağı düşüb ki, bu da 1996-cı ildən bəri ən aşağı göstəricidir.
Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixail Muraşko deyib.
Onun sözlərinə görə, Rusiyada spirtli içki istehlakı 10% azalıb:
"Xroniki qeyri-yoluxucu xəstəliklər səhiyyə sistemi üçün qlobal bir problem olaraq qalır və dünya miqyasında bütün ölümlərin təxminən dörddə üçünü təşkil edir. Son 12 ayda Rusiyada adambaşına düşən spirtli içki istehlakı 7,52 litr təşkil edib ki, bu da ilin əvvəlindəkindən 0,54 litr azdır".
Gülşən Şərif
















