• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Uşaq soyuqda xəstələnməsin deyə... - Tərləmənin TƏSİRİ

CƏMİYYƏT

23 Sentyabr 2026 | 15:22 | Müəllif: Zeynəb Rzayeva

Uşaq soyuqda xəstələnməsin deyə... - Tərləmənin TƏSİRİ

“Uşaq soyuq havada hərəkət edərkən tərləməməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.

Onun sözlərinə görə, valideynlər uşaqların soyuq havada xəstələnəcəyindən narahat olsalar da, uşaqların hava şəraitinə uyğun şəkildə geyindirilərək açıq havaya çıxarılması vacibdir.

Pediatr deyib ki, valideynlər uşaqları soyuq havada bayıra çıxarmaqdan qorxurlar. Əsas məsələ uşağın soyuq havaya uyğun bədən temperaturunu tənzimləyəcək şəkildə geyindirilməsidir:

"Çünki uşaqları soyuq havaya çıxaranda həmişə çox qalın geyindirirlər”.

G.Salehova qeyd edib ki, uşaqlar böyüklərlə müqayisədə daha aktiv olduqları üçün qalın geyim onların hərəkət zamanı tərləməsinə səbəb ola bilər.

“Uşaq bir yerdə oturmur, hərəkətlidir, aktivdir. Qaçır, oynayır və bu zaman tərləyir. Qalın geyindirilmiş uşağın tərləməsi zamanı soyuq hava onu üşütməyə başlayır. Ona görə də uşaqlar hərəkətli olduqda, mümkündürsə, onların geyimini yüngülləşdirmək lazımdır ki, tərləmə olmasın”, - deyə Günay Salehova vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR