• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Texnologiya unutqanlığın səbəbidir?

CƏMİYYƏT

23 Sentyabr 2026 | 18:00 | Müəllif: Əli Hüseynov

Texnologiya unutqanlığın səbəbidir?

Texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrilməsi gənclərdə unutqanlıq və diqqət dağınıqlığı ilə bağlı şikayətlərin artmasına səbəb olur.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər gənclərdə unutqanlığın səbəbləri və bundan qorunma yolları barədə araşdırma aparıb. Bildirilib ki, əvvəllər daha çox yaşlı insanlarda müşahidə olunan unutqanlıq şikayətləri hazırda yeniyetmələr arasında da görülür. Yuxu pozğunluğu, düzgün qidalanmama, diqqət çatışmazlığı və depressiya ilə yanaşı, rəqəmsal media istifadəsi də bu vəziyyətə təsir göstərə bilər.

Xüsusilə gənclərdə uzun müddət ekran qarşısında qalmaq diqqət və yaddaş funksiyalarına mənfi təsir göstərə bilər. Daimi stimullara məruz qalmaq, məlumatlara asanlıqla çıxış və mavi işığın yuxu hormonlarını zəiflətməsi zehni passivliyə səbəb ola bilər.

Qeyd edilib ki, unutqanlığın qarşısını almaq üçün rəqəmsal media istifadəsinin müddətini məhdudlaşdırmaq, yuxu rejiminə riayət etmək və sağlam qidalanmaq vacibdir. Kitab oxumaq, krossvord və bulmacalar həll etmək, yaddaş oyunları kimi zehni fəaliyyətlərin də beynin aktiv qalmasına kömək etdiyi vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR