• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Uşağı virusdan qorumağın SADƏ YOLU

CƏMİYYƏT

23 Sentyabr 2026 | 15:30 | Müəllif: Zeynəb Rzayeva

Uşağı virusdan qorumağın SADƏ YOLU

“Virus infeksiyaları qapalı və quru mühitdə daha çox inkişaf edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.

Pediatr bildirib ki, uşaqların virus infeksiyalarına yoluxma mənbələrindən biri də evdə xəstə olan böyüklərdir. Məktəb və bağçaların fəaliyyətə başlaması ilə yanaşı, uşaqların böyüklərdən yoluxma ehtimalı da nəzərə alınmalıdır.

Onun sözlərinə görə, evdə virus infeksiyası ilə təmas olmuş valideyn varsa, mümkün qədər pəncərələri açıb evin havasını mütəmadi şəkildə dəyişdirmək lazımdır. Pediatr bildirib ki, hava soyuq olsa da, küləkli olsa da, bu qaydaya əməl etmək vacibdir. Çünki virus infeksiyaları qapalı, quru mühitdə daha çox inkişaf edirlər.

Günay Salehova bildirib ki, uşaqların yuxarı tənəffüs yollarının təmiz saxlanılması da vacibdir. Pediatr burun yollarının duzlu məhlullarla yuyulmasını tövsiyə edib.

“Adi fizioloji məhlul, duzlu məhlullarla uşağın yuxarı tənəffüs yollarını, burun dəliklərini yumaq lazımdır. Çünki hava-damcı infeksiyaları burun yollarından daxil olaraq orada inkişaf edə və uşağın yoluxmasını aktivləşdirə bilər”, - deyə pediatr qeyd edib.

Günay Salehova uşaqların bol maye qəbul etməsinin, açıq havada gəzintinin və fiziki aktivliyin də vacib olduğunu vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR