Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
25 yaşlı Tolqa Kalender uzun müddətdir müalicə aldığı xəstəxanada vəfat edib. Onun ölüm səbəbi hələ açıqlanmayıb.
17 avqust 2001-ci ildə Mersində anadan olan Tolqa Kalender futbolçu karyerasına “Küvayi Milliyespor”un Gənclər Akademiyasında başlayıb və “Beykoz Anadolu Spor”da peşəkar futbolçu olub.
Daha sonra "Başakşehir" FK, "Adana Dəmirspor", "Bayrampaşaspor", "Diyarbəkirspor" və nəhayət "Bandırmaspor"da çıxış edib. O, 131 klub matçında 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
















