Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan A.Şirinov saxlanılıb. Həmin şəxsdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.
Araşdırma aparılır.
















