• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Yaponiyada dəhşətli tayfun: Xeyli ölən və yaralanan var

DÜNYA

23 Sentyabr 2026 | 10:26 | Müəllif: Əli Hüseynov

Yaponiyada dəhşətli tayfun: Xeyli ölən və yaralanan var

Yaponiyada "Ducuan" tayfunu ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində 9 nəfər ölüb, daha dörd nəfər isə itkin düşmüş sayılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Bildirilib ki, ölənlərin böyük qismi şiddətli yağışların yaratdığı torpaq sürüşmələrinin qurbanı olublar. Bir neçə nəfər isə su altında qalan çökək ərazilərdə, öz maşınlarının içərisində boğularaq can veriblər.

Torpaq sürüşmələri 500-dən artıq fərdi evə ağır zərər vurub. Bir neçə bölgədə 25 minə yaxın mənzil işıqsız qalıb. Fəlakət zonasında yüzdən çox su içində qalan və xarab olan nəqliyyat vasitəsi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026