• Bakı 29° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Metronun iş saatı uzadıldı

CƏMİYYƏT

24 Sentyabr 2026 | 10:10 | Müəllif: Əli Hüseynov

Metronun iş saatı uzadıldı

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş qrafiki dəyişdiriləcək.

Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - "İçərişəhər", "Sahil" və "28 May" gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026