Qırğızıstan parlamenti ölkədə növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsi barədə qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Məlumata görə, seçki kampaniyası 22 və ya 23 dekabrda başlayacaq:
“Yeni dəyişikliklərə əsasən, əvvəllər məhkum olunmuş və ya cinayət işi reabilitasiyaedici olmayan əsaslarla bağlanmış şəxslər prezidentliyə namizəd ola bilməzlər”.
Qeyd edək ki, əvvəllər məhkumluğu olan şəxslərin seçkilərdə iştirakına icazə verilirdi.
















