• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Biz heç vaxt başımızı əyməyəcəyik" - Pezeşkian

DÜNYA

24 Sentyabr 2026 | 01:05 | Müəllif: Subhan Mahmudov

"Biz heç vaxt başımızı əyməyəcəyik" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən sanksiyaların əsas zərbəsinin əhalinin həssas təbəqələrinə dəydiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksəksəviyyəli Müzakirələr zamanı çıxışında deyib.

“İran sanksiyalara məruz qalır. Xəstələr, günahsız insanlar, yoxsullar və cəmiyyətimizin ən həssas təbəqələri bu sanksiyaların hədəfinə çevrilirlər”, – deyə İran Prezidenti vurğulayıb.

Pezeşkianın sözlərinə görə, sülh və sabitlik üçün bütün ölkələrə münasibətdə eyni standart tətbiq edilməlidir: “İran xüsusi münasibət istəmir. Biz bərabər hüquqlar istəyirik və bununla yanaşı, üzərimizə düşən məsuliyyəti də qəbul edirik”.

İran Prezidenti əlavə edib ki, sanksiyaların və təzyiqlərin artırılması ölkəsinin mövqeyini dəyişməyəcək: “Sanksiyalar, artan təzyiq və güc dili qarşısında İran xalqının müqaviməti yalnız artacaq. Biz heç vaxt başımızı əyməyəcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026