• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Nino Tsilosani Azərbaycana gəldi

SİYASƏT

24 Sentyabr 2026 | 09:23 | Müəllif: Əli Hüseynov

Nino Tsilosani Azərbaycana gəldi

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

    Nümayəndə heyəti səfər çərçivəsində Milli Məclisinin sədri, komitə sədrləri və Azərbaycan hökumətinin üzvləri ilə görüşəcək.

    Müzakirələr Gürcüstan və Azərbaycan arasında ikitərəfli parlament əlaqələrinin dərinləşdirilməsi, iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi, həmçinin regional əməkdaşlığın və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərinə həsr olunacaq.

    Xüsusi diqqət ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsinə yetiriləcək. Bununla bağlı Gürcüstan parlamentariləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Sentyabr 2026