Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 2,51% azalaraq 84 326,17 ABŞ dollarına düşüb. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 10,51%, son 30 gündə isə 4,36% artıb.
“Ethereum”un qiyməti 2,65% ucuzlaşaraq 2 685,42 dollara enib. Son 7 gündə isə aktiv 10,62% bahalaşıb.
“Zcash” son sutkada 5,95% geriləyərək 1 516,64 dollar olsa da, son 30 gündə 76,39% artım göstərib. BNB 2,23% ucuzlaşaraq 773,61 dollara, “Monero” isə 1,85% azalaraq 556,03 dollara düşüb.
“Bitcoin Cash” digər əsas aktivlərdən fərqli olaraq son 24 saatda 0,39% bahalaşaraq 341,39 dollara yüksəlib. Kriptovalyutanın son 7 günlük artımı 54,69% təşkil edib.
















