• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Yalçın Rəfiyev TRIPP-dən danışdı

SİYASƏT

24 Sentyabr 2026 | 11:42 | Müəllif: Əli Hüseynov

Yalçın Rəfiyev TRIPP-dən danışdı

"Tramp Marşrutu" (TRIPP) Cənubi Qafqaz iqtisadiyyatına yeni təkan, sülhün möhkəmlənməsinə isə töhfə vermək iqtidarında olan əhəmiyyətli layihədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Nyu-Yorkda "Caspian Policy Center" (CPC) tərəfindən təşkil olunmuş yeddinci illik Xəzər Biznes Forumunda bildirib.

"TRIPP təkcə Cənubi Qafqaz regionu ölkələrinə iqtisadi dəstək verməklə və kommersiya dəyəri yaratmaqla kifayətlənməyəcək. TRIPP həm də regionda sülhün bərqərar olmasına, eləcə də bütün ölkələr üçün ümumi maraqların formalaşmasına kömək edən təşəbbüsün daha bir nümunəsi olacaq mühüm layihədir", - deyə Y.Yəfiyev "Orta Dəhlizə investisiyalar: yeni TRIPP layihəsi region üçün nə deməkdir?" adlı panel sessiyasında çıxış edərkən bildirib.

Nazir müavini qlobal ticarət marşrutlarında yaranan fasilələr şəraitində etibarlı regional qarşılıqlı əlaqənin artan əhəmiyyətinə diqqət çəkib: "Azərbaycan üçün səmərəli regional əlaqələr daha qısa və proqnozlaşdırıla bilən marşrutlar, daha dayanıqlı təchizat zəncirləri, bazarlara çıxışın yaxşılaşdırılması və əlbəttə ki, ticarət və investisiyalar üçün yeni imkanlar deməkdir".

O, həmçinin Azərbaycanın infrastrukturun inkişafına, o cümlədən Bakı Limanına, Ələt Azad İqtisadi Zonasına və modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yoluna yatırdığı investisiyaları xatırladıb.

Y.Rəfiyevin sözlərinə görə, fiziki infrastrukturun inkişafı sərhəd prosedurlarının səmərəliliyinin artırılması və gömrük sistemlərinin rəqəmsallaşdırılması ilə müşayiət olunmalıdır.

Forumda həmçinin "Caspian Policy Center"in icraçı direktoru Əfqan Nifti də çıxış edib. O, son bir ildə Xəzər regionunda baş verən əhəmiyyətli dəyişiklikləri, həmçinin Asiya və Avropanı birləşdirən ticarət və nəqliyyat marşrutu kimi Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) artan rolunu qeyd edib.

"Dəhlizin öz potensialını tam olaraq aça bilməsi üçün o, getdikcə daha çox vahid inteqrasiya olunmuş sistem kimi - razılaşdırılmış sərhəd prosedurları, əlaqələndirilmiş limanlar və dəmir yolları, eləcə də rəqəmsal sənədləşmə ilə fəaliyyət göstərməlidir. İndi məsələ sadəcə olaraq daha çox infrastruktur qurmaq deyil, bütün dəhlizi biznes üçün daha sürətli, daha etibarlı etməkdir", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026