• Bakı 25° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

F1 trekində ilk dəfə kütləvi qaçış olub

FORMULA 1

24 Sentyabr 2026 | 10:37 | Müəllif: Əli Hüseynov

F1 trekində ilk dəfə kütləvi qaçış olub

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Şəhər Halqasında fərqli idman tədbiri – BCC F1 Weekend Run qaçışı keçirilib. Təxminən 250 iştirakçı Formula 1 trekinin 6 kilometrlik tam dövrəsini qət edib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

    Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

    Qaçış saat 22:00-da başlayıb. İştirakçılar Formula 1 bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.

    BCC F1 Weekend Run sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və yarış həftəsi ərəfəsində birlik ab-havasının yaradılması məqsədilə təşkil olunub. Bu dəfə əsas məqsəd sürət və nəticə deyil, iştirak, qarşılıqlı dəstək və idmana olan sevgi olub.

    Qaçış Qran-Pri həftəsinin tədbirlərindən birinə çevrilərək iştirakçılara Bakı Şəhər Halqasını fərqli şəkildə kəşf etmək imkanı yaradıb. Onlar adətən tribunadan izlədikləri trekə bu dəfə birbaşa çıxaraq Formula 1 ab-havasını yaxından hiss ediblər.

    Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Sentyabr 2026