"Premma Racing"in iki pilotu Sebastian Montaya və Mari Boya "Formula 2" üzrə Azərbaycan Qran-prisinin birinci əsas yarışından kənarda qalıblar.
Bakıvaxtı.az-ın məlumatına görə, S.Montaya start xəttinə gedərkən insident səbəbindən bu halla üzləşib.
M.Boyanın idarə etdiyi boliddə isə problem aşkarlanıb. Onun avtomobili trasda qalıb və təhlükəsizlik maşını tərəfindən çıxarılıb.
Hazırda ikinci dərəcəli pilotların ilk əsas yarışı davam edir.
















