• Bakı 19° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Culfa" tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

CƏMİYYƏT

24 Sentyabr 2026 | 11:10 | Müəllif: Əli Hüseynov

"Culfa" tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Culfa" tankerinin əsaslı təmiri başa çatıb.

Bakıvaxtı.az ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri abraziv qumla təmizləndikdən sonra üçqat rənglənib. Gəminin baş göyərtəsində və mexanizmlərində də rənglənmə işləri aparılıb.

Baş mühərrik, soyuducular, nasoslar və digər mexanizmlərlə yanaşı, gəminin köməkçi buxar qazanı da təmir olunub. Həmçinin tankerdə gövdə-qaynaq, elektrik quraşdırma, boru quraşdırma, avtomatika işləri görülüb.

Bundan başqa, gəmidə dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib. Sınaq üzüşündən uğurla çıxan tanker yenidən istismara qaytarılıb.

Qeyd edək ki, "Culfa" gəmisinin uzunluğu 149,9 metr, eni 17,3 metr, suya oturumu isə 7,14 metr, dedveyti 13 470 tondur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR